Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD uşaqları belə məhv edir – Dəhşətli faktlar

İyun 02
14:58 2015

BBC-nin əlinə keçmiş mobil telefon videosunda 14 yaşlı oğlana İŞİD terror xəvaric qruplaşmasının silahlıları tərəfindən işgəncə verildiyi görünür.

“Sələf Xəbər” BBC-yə istinadən bildirir ki, “cihadçı” qrupdan qaçaq düşmüş silahlı tərəfindən çəkilmiş videoda biləklərindən asılmış oğlanın döyülməsi görüntülənib.

BMT İŞİD terror xəvaric və Suriyadakı başqa silahlı qruplaşmaları uşaqlara işgəncə verməkdə və onları öldürməkdə ittiham edir.

Uşaqlar, həmçinin döyüşçü kimi səfərbərliyiə alınır və təlimləndirilir.

Başqa bir yeniyetmə BBC-yə, hələ 15 yaşında ikən əl-Qaidəyə bağlı Nüsrə Cəbhəsi üçün döyüşdüyünü, sonradan İŞİD terror xəvaric qruplaşmasına keçdikdə isə orada 13 yaşlı oğlanın təlimləndirilməsini gördüyünü deyib.

Elektriklə işgəncə

Mobil telefon videosunda Əhməd qollarından asılmış vəziyyətdə görünür. Onun gözləri sarğı ilə bağlanıb və onun yanında başdan ayağa qara geyinmiş iki nəfər var. Onlardan biri əlində bıçaq və tapança tutub, digəri isə AK-47 avtomatı ilə otaqda var-gəl edir.

Onlar Əhmədi biləklərinə bağlanmış kəndirlə tavandan asıblar və döyməyə başlayırlar.
Onun İŞİD terror xəvaric qruplaşması tərəfindən əsir alınıb işgəncəyə məruz qaldığı vaxt 14 yaşı var idi. Hazırda qonşu Türkiyəyə sığınmış Əhməd başına gələn müsibətləri danışır.

“Mən valideynlərim, anam haqqında düşünürdüm” – deyir. “ Mən elə bilirdim ki, öləcəyəm və daha heç vaxt valideynlərimi, bacı-qardaşlarımı, dostlarımı və qohumlarımı görməyəcəyəm”.

“Onlar məndən ifadə almaq üçün məni şallaqlayır, bədənimə elektrik cərəyanı verirdilər. Mən onların eşitmək istədiklərini təkrarlayırdım”.

Vahimələr

Bu iki nəfər ondan çantanı İŞİD terror xəvaric qruplaşmasının görüş yeri yaxınlığına qoymağı tələb edirdilər. Başqa sözlərlə Əhməd orada partladıcı yerləşdirməliymiş.

Ona işgəncə verənləri Əhmədin yaşı maraqlandırmırdı və bu müsibət iki gün davam edib.
“Onlar məni elektriklə vuranda qışqırıb anamı çağırırdım, amma onlar o zaman elektriki daha da artırırdılar. “Ananı bura qatma” deyirdilər”.

“Onlar özlərinə dindar deyirlər, amma əsl kafirdirlər. Nəşə çəkirdilər. Onlar guya İslam qaydalarını bərqərar edirdilər. Amma əksinə idi. Adamları öldürməklə məşğul idilər”.

Əhmədə ölüm hökmü çıxarılmışdı, lakin onu edam etməli olan şəxsin ona yazığı gəlib və uşağın qaçmasına imkan yaradıb.

“Mən çox nadir hallarda yata bilirəm. Mən ilk dəfə Türkiyəyə gələndə bütün gün vahimə içində olurdum. Məni bir az müalicə etdilər. Mənsə yata bilmirdim, yatanda da vahiməli yuxular görürdüm” – deyir Əhməd.

Biz Əhmədin döyülməsini videoya çəkən şəxslə də görüşdük. O, indi İŞİD terror xəvaric qruplaşmasından qaçaq olub və deyir ki, peşmançılıq keçirir.

O deyir ki, döyülməni təbliğat filmi üçün çəkmişdilər. Videosüjetdə Əhmədin yanında dayanmış iki nəfərin sonrakı taleyi naməlumdur.

Videonu çəkən şəxs deyir ki, o çox qəddarlıq etməsə də, hər halda incitdiyi adamların onu bağışlamalarını istəyir.

Zay olmuş nəsil

İŞİD terror xəvaric qruplaşmasının təbliğat filmlərində azyaşlıların hərbi təlim keçməsi və atəş açmağı öyrənməsi təsvirlənir.

İŞİD terror xəvaric qruplaşması elan etdiyi xilafət ərazisində dünyəvi təhsilə son qoyub və əvəzində hərbiləşdirilmiş məktəblər yaradıb. Burada uşaqları təbliğata məruz qoyur və onlara öldürməyi öyrədirlər.
İŞİD terror xəvaric qruplaşmasının təbliğat filmlərində azyaşlıların hərbi təlim keçməsi və atəş açmağı öyrənməsi təsvirlənir.

Bəzi videolarda uşaqların baş kəsməsi də göstərilir.

İndi Xalidin (öz adı deyil) 17 yaşı var, lakin iki il əvvəl o, Suriyada Nüsrə Cəbhəsinin sıralarında döyüşür və adam öldürürdü.

Onu sonradan İŞİD terror xəvaric qruplaşmasına qoşulmağa məcbur ediblər, lakin o, qaça bilib.

O deyir ki, uşaqları münaqişəyə cəlb etməyə daha çox diqqət verirlər.

İŞİD-də yaşlı döyüşçülər azlıq təşkil edir. Mənim oxuduğun təlim sinfində olanların 15-16 yaşları vardı. Orada, hətta 13-14 yaşlıları da görmək olardı. Onlar döyüşməyə daha həvəsli idilər”, – deyərək Xalid bildirir.

Bax, beləcə bütöv bir nəsil zay olur.

İŞİD terror xəvaric qruplaşmasının əlindəki uşaqlar böyüyb kişi olanda öldürməyi və nifrət etməyi bacaracaqlar. Onlar qarşıdan gələn illərdə Suriya və İraq üçün fəlakət ola bilərlər.

Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim”. (Əl-Buxari)

Digər xəbərlər