Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD üzvləri iftarda zəhərlənib öldülər…

İyul 09
14:35 2015

İraqın Mosul şəhərində iftar yeməyində iştirak edən İŞİD xəvaric terror qruplaşmasının 45 üzvü zəhərlənərək ölüb.

“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, İraq mətbuatında yayılan xəbərdə bildirilir ki, iftar yeməyində iştirak edən 145 terrorçudan 45-i zəhərlənərək ölüb.

Xəbərdə qeyd olunub ki, bu, İŞİD xəvaric terror qruplaşmasının üzvlərinin ilk zəhərlənmə halı deyil.

Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)

Digər xəbərlər