İŞİD və “Müsəlman Qardaşları” təşkilatının əlaqələri
856 dəfə baxılıb
“Sələf Xəbər” alarabiya.net saytına istinadən “Mərayə” (ayna) verilişinin xronikasını təqdim edir:
İŞİD terror xəvaric qruplaşması “Müsəlman Qardaşları” təşkilatının törəməsidir.
“Müsəlman Qardaşları” dəyişiklik etmək və müqavimət göstərmək üçün güc üsullarından istifadə edən bir təşkilatdır. Bu vaxta qədər onların ideologiyası ilə bir çox “İslam hərəkatları” yetişmişdir. İŞİD terror xəvaric qruplaşması da onların axırıncı “məhsuludur”.
“Məraya” verilişinin yeni buraxılışında Məşari əz-Zayidi “Müsəlman Qardaşları” təşkilatı və təşkilatın banisi Seyyid Qutb ilə İŞİD terror xəvaric qruplaşmasının eyni ideologiyadan qaynaqlandığını təsdiq edən dəlil-sübutları təqdim etmişdir.
Buna şahidlik edənlər təkcə kənar adamlar deyil, hətta təşkilatın ən görkəmli siması sayılan Yusuf əl-Qardavi özü də təsdiq edir ki, İŞİD terror xəvaric qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadi “Müsəlman Qardaşları” təşkilatının üzvü olub.
Bu təşkilatın məqsədi ancaq “müstəqil” olmaq və “Xilafət” şüarı ilə İslam adı altında üsyankarlıq etməkdir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin İslam Əqidəsi kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar.
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”. (Müslim)
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər”.
XX əsrin görkəmli hədis alimi, məşhur Misir alimi şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) deyirdi: “Bizə dəqiq məlumdur ki, şeyx Həsən Bənnanın hərəkatı və onun “Müsəlman Qardaşlar” partiyasına kommunistlər və yəhudilər sponsorluq edir. Bu partiya İslam dəvətini dağıdıcı cinayətkar çağırışa çevirib”. (“Şuun ət-Təlim va əl-Qadaa”, səh. 48)