İŞİD vətəninə dönmək istəyən muzdluları qətlə yetirib
858 dəfə baxılıb
Suriyanın Türkiyə ilə həmsərhəd Əl Bab şəhərində İŞİD terror xəvaric qruplaşmasının silahlıları arasında baş vermiş atışma nəticəsində azı 9 nəfər ölüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Ərəbiyə” telekanalı məlumat yayıb. Ölənlərdən beşinin Suriyadan vətəninə dönməyə qərar vermiş əcnəbi muzdlu olduğu qeyd olunub.
Məlumata görə, İŞİD terror xəvaric qruplaşmasının sıralarında əvvəllər döyüşmüş 10 xarici vətəndaşdan ibarət qrup Türkiyə ərazisinə keçməyə cəhd edib. Onlardan birinin Tunis vətəndaşı, digərlərinin isə avropalı olduğu bildirilir. Lakin İŞİD terror xəvaric qruplaşmasının digər silahlıları qrupun sərhədi keçmək cəhdinin qarşısını alıb. Baş vermiş atışma nəticəsində Türkiyə ərazisinə keçmək istəyən 5 əcnəbi, onlara mane olmağa çalışan silahlılardan isə 4 nəfər ölüb.
Sağ qalan əcnəbilər İŞİD terror xəvaric qruplaşmasının nəzarətində olan yerli həbsxanaya yerləşdirilib. Onların yaxın günlərdə edam ediləcəyi gözlənilir.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti”- İŞİD- xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər, İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər, İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD terror xəvaric qruplaşmasının) İslama aidiyyəti yoxdur”.