Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İŞİD xəvaric terror qruplaşmasınin ələ keçirdiyi Palmira bombalandı

May 26
14:20 2015

Suriyaya məxsus hərbi təyyarələr İŞİD xəvaric terror qruplaşmasınin Palmira şəhərindəki mövqelərinə hava zərbəsi endirib.

“Sələf Xəbər” in APA-ya istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 160 yerüstü hədəfə zərbə endirilib.

Hərbçilər hava hücumu nəticəsində 50-dək terrorçunun məhv edildiyini bildirir. Terrorçulara məxsus silah-sürsat anbarları məhv edilib, hərbi maşınlar sıradan çıxarılıb.

Suriya Hərbi-Hava qüvvələri Palmira şəhərinə gedən yolları, həmçinin, qaz yataqlarına yaxın əraziləri bombardman ediblər.

Ötən həftə İŞİD xəvaric terror qruplaşmasının silahlıları qədim Palmira şəhərini ələ keçirib. Qeyd edək ki, Palmira UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

Sələf Xəbər: Uca Allah Quranda buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Qurani Kərim, “Əraf” surəsi, 56-cı ayə)

Orta əsrlərin böyük islam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir və məhz buna görə Uca Allah bunu qadağan etmişdir.”

Beləliklə bu gənc ekstremist-xəvariclər güman edirlər ki, fəsad törədərək, onlar bununla sanki yer üzündə nizam qururlar. Belə ki, Uca Allah belə cinayətkarları Quranda belə yada salır: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Qurani Kərim, “Bəqərə” surəsi, 11-ci ayə)

Uca Allahdan bütövlükdə müsəlman ümmətini və xüsusilə bizim ölkəmizi, bütün ekstremistlərin şərindən qorumasını istəyirik. Amin!

Digər xəbərlər