İŞİD Yəməndəki terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
Sentyabr 03
15:46
2015
599 dəfə baxılıb
İŞİD terror xəvaric qruplaşması Yəmənin paytaxtı Sənada məsciddə törədilən terror aktına görə məsuliyyətini öz üzərinə götürüb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, məsciddə törədilən iki partlayış nəticəsində ölənlərin sayı 20-yə, yaralananların isə 40-a çatıb.
Qeyd olunur ki, terrorçu-kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Dindarlar məscidi tərk edərkən daha bir partlayış baş verib.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)