Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İslam dünyasını sarsıdan suriyalı körpə – Ərdoğandan dünya liderlərinə… – FOTO

Sentyabr 04
16:30 2015

Egey dənizində batan qayıqlarda həyatını itirən uşaqların şəkilləri bütün dünyanı dərindən sarsıdıb.

Dənizin soyuq dalğalarının sahilə çıxardığı meyitlər suriyalı 3 yaşlı Aylan Kurdi və onun qardaşı 5 yaşlı Galip Kurdiyə məxsusdur.

Türkiyənin Bodrum şəhərindəki çimərliklərdən birində sahilə çıxan meyitlər yaddaşlardan uzun müddət silinməyəcək. Uşaqların acınacaqlı taleyinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib.

“Sələf Xəbər” Avropa.infoya istinadən bildirir ki, G20 konfransının açılışında çıxış edən Ərdoğan “Acınacaqlı şəkilldə həyatını itirən 3 yaşlı uşağın hesabını bütün dünya verməyəcəkmi”, – deyə dünyaya sual ünvanlayıb.

Ötən gecə dənizdə batan 2 qayıqda 5 nəfəri uşaq olmaqla 12 suriyalı həyatını itirib. Qəza nəticəsində batan 2 nəfərin meyitini hələ də tapmaq mümkün olmayıb.

Bu insanlıq faciəsi baş verdiyi bir vaxta Avropa liderləri miqrant axınının qarşısını almaq üçün tədbirlər planı hazırlamağa çalışırlar.

Avropaya miqrant axınının artmasının səbəblərindən biri Yaxın Şərqdə və Şimali Afrikada baş verən silahlı münaqişələrdir. Rahat həyat arzusu ilə yola çıxan minlərlə miqrant dənizdə bataraq həyatlarını itirirlər.

📷

eadd91215c62 325ce85e952f

Sələf Xəbər: Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Peyğəmbər cənnətdədir, şəhid cənnətdədir və uşaq da cənnətdədir!” (Əhməd, 4/172)
Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 186-cı ayə)
“Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməli idilər – onları, onların dinini, Kitabını və Elçisini (Allahın ona salavat və salamı olsun) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.

Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.

İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) doğruçuluğuna əmin ola bilsinlər. Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı”. (Qurani-Kərim, “Əhzab” surəsi, 22-ci ayə)

Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaşsalar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dözümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.

Digər xəbərlər