Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İslam koalisiyası Suriyaya xüsusi təyinatlıların göndərilməsinə dair danışıqlar aparır

Dekabr 16
17:28 2015

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya xüsusi təyinatlı qüvvələrin Suriyaya göndərilməsi məsələsini müzakirə edir.

“Sələf Xəbər” Lent.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN rəhbəri Adil əl Cübeyrə bildirib.

“Koalisiyanın tərkib hissəsinə çevrilmiş ölkələr – Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn və s. xüsusi təyinatlı dəstələrin göndərilməsinə dair danışıqlar aparırlar”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, danışıqlarda bu cür əməliyyatın məqsədləri və vəzifələri müzakirə olunur, məsələyə yaxın bir neçə həftə ərzində tam aydınlıq gətiriləcək.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə 34 müsəlman ölkəsi terrora qarşı koalisiya formalaşdırıb.

Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”.
Əgər xəvaric-ekstremistlərə ideologiyalarının zəlalət olması izah edildikdən sonra onlardan bəziləri, bundan sonra da qan tökməyə və yer üzündə fəsad törətməyə niyyətlənərək, öz azmış fikirlərində qalırsa, onda onlara qarşı güc metodlarının tətbiqi vacib olur.
Necə ki, məşhur İslam alimi Zeyd əl-Mədxali (Allah ona rəhmət etsin) özünün məşhur “Terrorçuluq və onun cəmiyyətə və fərdlərə təsiri” kitabında deyir: “Əgər kitablar və mühazirələr (onlardan bəzilərinə) fayda vermirsə, onda Allahın müsəlman rəhbərin əlinə qoyduğu ədalətli qılınc onlara mütləq kömək edəcəkdir”. (“əl-İrhab”, 24)

Digər xəbərlər