Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İslam və müsəlmanlardan qorxmamaq üçün 10 səbəb

Yanvar 30
16:56 2016

“The Huffington Post” nəşri İslam dini və müsəlmanlardan qorxanlar üçün, bu qorxunun səbəblərini aradan qaldıran maraqlı məqalə hazırlayıb.

1. Deyirlər ki, “bütün terroristlər müsəlmandır”, amma əslində terroristlərin böyük əksəriyyəti müsəlman deyil.

Federal Təhqiqatlar Bürosunun məlumatlarına əsasən, 1980-2005-ci illər ərzində ABŞ-da terror hadisələrinin 94%-i müsəlman olmayan şəxslər tərəfindən törədilib. Avropada isə son 5 il ərzində baş verən terror hadisələrinin yalnız 2%-ni özünü müsəlman kimi qələmə verən şəxslər törədib.

2. Müsəlmanlar Amerikanı öz dinlərinin əsarəti altına almaq üçün plan qurmurlar.

Hətta, müsəlmanlar bu ölkəni zəbt edib Ağ evi də möhtəşəm bir məscidə çevirmək istəsəydilər belə, bu mümkün olmazdı. Çünkü burada yaşayan müsəlmanlar Amerika əhalisinin 1%- dən də az hissəsini təşkil edirlər.

3. Azyaşlı uşaqlardan daha çox qorxmalısınız, nəinki müsəlmanlardan.

Rəsmi statistikalara əsasən, 2013, 2014, və 2015-ci illər ərzində azyaşlı uşaqlar daha çox amerikalının ölümünə səbəb olublar, nəinki müsəlmanlar.

4. Əgər müsəlmanlardan qorxursunuzsa, o zaman mətbəx və məişət avadanlıqlarından daha çox qorxmalısınız.

Son məlumatlara görə, ABŞ-da müsəlmanların əlindən ölmək ehtimalı, üstünüzə düşə biləcək şkaf və ya televizor səbəbi ilə ölmək ehtimalıyla təxminən bərabərdir.

5. Biz tam səmimiyyətlə deyə bilərik ki, İslam dini elm öyrədir.

Xatırladaq ki, dünyanın son 12 Nobel mükafatı qaliblərindən 5-i müsəlman olub. Həmçinin son 12 ildə bu mükafatı qazananların 42%-i də müsəlmanlardır.

6. Müsəlmanlar İŞİD-ə sizdən az nifrət etmirlər.

ABŞ Dövlət Departamentinin məlumatlarına əsasən, İŞİD xəvaric terror qruplaşmasının və beynəlxalq terrorizmin ən çox zərər çəkmiş qurbanları məhz müsəlmanlardır.

7. Müsəlmanlar ABŞ-da əsrlər boyu yaşayıblar.

Amerikada müsəlmanların yaşama tarixinin 400 il olduğu təxmin edilir. Afrikadan Amerikaya gətirilən kölələrin də hər dörd nəfərdən üçü müsəlman olub.

8. Müsəlmanlar ABŞ-da xeyriyyə işləri görür.

Yalnız keçən il müsəlmanlar San-Bernardino qurbanlarına kömək üçün təxminən 200.000 (iki yüz min) dollar həcmində yardım ediblər. Eləcə də yandırılmış kilsələrin bərpası üçün 100.000 (yüz min) dollar vəsait toplayıblar.

9. Müsəlmanlar gender stereotiplərini dağıdırlar.

Demək olar ki, bütün müsəlman amerikalılar qadınların təhsil almaq və ictimai işlərdə işləmək hüququnun olduğunu dəstəkləyirlər. Bundan əlavə, İslam qadınlara bərabərlik hüququnu minlərlə illər əvvəl verdiyi və bu haqda Quranda yazıldığı halda, ABŞ-da qadınlar bu hüququ çox-çox sonralar qazanıb. Bəzi qadınlar isə hətta bu gün də, bu hüquqa sahib deyillər.

10.Müsəlmanlar terrorla mübarizədə mühüm rol oynayırlar.

Son illər ərzində Duke Universiteti tərəfindən aparılan təhqiqatlar göstərir ki, müsəlmanlar ABŞ-da fəaliyyət göstərən və terrorda şübhəli bilinən şəxslərin axtarlılb tapılmasında hüquq-mühafizə orqanlarına yardım etməkdə mühüm rol oynamışlar. Bu gün bir çox müsəlman ABŞ hərbi sıralarında xidmət edirlər.

Sələf Xəbər: İslam şəriəti ədalətlidir
İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqda Allah taala buyurur:
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik…” (əl-Bəqərə: 143).

Bəzi alimlər deyirlər: “Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşan, nə də qayğısız deyillər, onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, ədalətli işdir”.

Yuxarıdakı ayənin ərəbcəsində keçən “vəsət” sözü, ərəb dilində xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında vəsətdir (ədalətli və ortamövqelidir)” – deyirlər. Bu baxımdan vəsət sözü adillik və ortamövqelilik mənası ilə açıqlanmışdır. Çünki insanların ən xeyirlisi adıl olanıdır.
Qanun və düsturların tətbiqində adil, orta mövqeli olmaq asan iş deyil. Qanun və düstur qoyan bəşər övladları orta mövqe tutmaqda acizlik çəkirlər. Onlardan bəziləri tam sol tərəfə, bəziləri isə tam sağ tərəfə yönəlirlər. İslam şəriəti bu yöndə tayı-bərabəri olmayan, yeganə mövqe tutur. Onun müəyyən etdiyi işlərdə nə ifratçılıq (həddini aşmaq), nə də laqeydlik vardır. Əksinə o, adillikdən əsla üz döndərməyən ortamövqeli və ədalətli şəriətdir.
Bu bir sübut edir ki, adil və orta mövqeli qayda-qanun yaratmağa yalnız İslam şəriəti qadirdir. Çünki bu şəriət Allah tərəfindən nazil olunmuşdur. Allah, hər şeyin haqqını doğru hesaba alan, əməlləri dəqiq tərəzidə çəkən, hər şeyi saya-hesaba alan, heç bir şeyi faydasız yaratmayan, naqis və eyibli sifətlərdən uzaq olandır. Elə buradan da, İslam şəriəti ortamövqeliliklə vəsf olunmuşdur. İslam şəriətinin ədalətli olması, naqis məxluqun təsəvvür etdiyi kimi deyil, Allah taalanın istəyinə uyğun, adil olmasıdır. Orta: həddi aşmadan adil, naqislik olmadan ədalətli olmaqdır.

Bəzi alimlər deyirlər: “Orta: dairənin mərkəzi kimi, tərəf nisbətlərinin özünə bərabərməsafəli olmasıdır. İfrat (həddini aşmaq) və təfrit (laqeydlik) baxımından, hər tərəfdən özünü əhatə etmiş pis işlərin ortası olan bu yaxşı işlər, sonralar bəşəriyyətin gözəl işlərinə bir ad olaraq verilmişdir”.

Digər xəbərlər