İsrail: Əl-Əqsaya girişə etiraz edən və polisə daş atan öldürüləcək – VİDEO
690 dəfə baxılıb
İsrail hökuməti Əl-Əqsa məscidinə girişə etiraz edənlərə qarşı sərt tədbirlər görür.
Artıq bu gündən Qüds şəhərində Əl-Əqsa məscidinə girişə etiraz edən və polisə daş atan hər bir şəxsə qarşı həqiqi güllədən istifadə ediləcək.
“Sələf Xəbər” ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə qərar İsrail höküməti tərəfindən verilib.
Məlumata görə, 15 İsrail vətəndaşı polisin müşayiəti ilə əl Əqsa məscidinin həyətinə daxil olub. Məscidin rəhbəri Ömər Kisvani vətəndaşların məscidin həyətindən geri qayıtıqlarını deyib.
Keçən həftə İsrail müdafiə naziri Moşe Yaalon yəhudilərin əraziyə daxil olmasına qarşı çıxan iki müsəlman qrupunun məscidə girişini qadağan etdikdən sonra məscid ətrafında gərginlik yaranmışdı.
Qarşıdurma yəhudilərin Yeni ili, Roş Haşananın gəlişindən bir neçə saat öncə baş verib. Məscidin içindəki fələstinli gənclər yəhudilərin ora gəlişini əngəlləməyi planlaşdırıblar.
Təhlükəsizlik qüvvələri yerli vaxtla saat 06:45-də basqın həyata keçirib.
Bəzi şahidlər polisin məscidə daxil olduğunu və gəncləri içəridə saxlamaq üçün qapıları kilidlədiyini bildirib. Polis bunu inkar edib. Bir çox müsəlman dövləti İsrail hökümətinə məscidəki qarşıdurmalarla bağlı etirazlarını bildiriblər.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu İsrailin Qüds şəhərində müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinə girişi məhdudlaşdırmasına dair münasibətində bu cür ifadələr səsləndirib. Ankarada çıxışı zamanı Davudoğlu Yaxın Şərqdə yaşanan gərginliklə əlaqədar Fələstinə dəstəyini ifadə edib.
Fələstin muxtariyyətinin lideri Mahmud Abbas Ramallah şəhərində keçiridiyi mətbuat konfansında bildirib ki, biz indi də Qüdsdəyik və burada qalmağa davam edəcəyik.
Əl-Əqsa məscidi ərazisi israilli və fələstinlilər arasında dini və siyasi gərginliyin mənbəyi hesab edilir.
1947-ci il noyabrın 29-da BMT Fələstin torpaqlarının 56 faizinin 650 min nəfərlik Yəhudi xalqına, 44 faizinin isə 1 milyon 300 min nəfərlik Fələstin əhalisinə verilməsi və Qüdsün Beynəlxalq statusa sahib bufer zona olması barədə planı təsdiqlədi. 1948-ci il mayın 14-də isə İsrail dövlətinin yaradılması rəsmən elan edildi.
Yaxın Şərqdə 1948-ci ildə İsrail dövlətinin yaradılması ilə başlayan 50 illik müharibə bütün sülh səyləri və atəşkəs müqavilələrinə baxmayaraq bitmək bilmir.
Tərəflərin bir-birinə ərazi iddiaları olduğu üçün münaqişə fasilələrlə davam edir.
Sələf Xəbər: Həqiqətən də, Allahın dininin və Allahın elçilərinin istehza edilməsi və təhqir edilməsi Uca Allahın böyük hikmətinin bir hissəsidir. Bu hikmət peyğəmbərlərin düşmənləri və tərəfdarları arasında dəqiq hədd keçirilməsindən ibarətdir.
Uca Allah buyurur: “Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər”. (Qurani-Kərim, “Furqan” surəsi, 31-ci ayə)Bütün zamanlarda dindarlar İslamın və Allahın peyğəmbərlərinin şərəfini müdafiə etməyə borcludurlar ki, bu şəkildə Allaha öz həqiqi sevgilərini sübut etsinlər. Axı Uca Allahın qədəri ilə İslama və müsəlmanlara qarşı böyük nifrət bəsləyən insanlar həmişə mövcud olub və mövcud olacaqlar.
Eyni zamanda, Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)
Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.
Uca Allahdan diləyirik ki, O bütün müsəlmanların doğru yola yönəltsin və onlara dinlərinə tam şəkildə etiqad etməyə kömək etsin.Həmçinin Allahdan İslama istehza edən kafirləri alçaltmasını və cəzalandırmasını istəyirik!