Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İsrail Suriya ərazisinə hava zərbəsi endirib

Avqust 21
17:52 2015

İsrail hərbi təyyarələri Suriya ərazisinə hava zərbəsi endirib.

“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, hücum nəticəsində zərərçəkən olmayıb.

Suriya ordusundakı mənbənin bildirdiyinə görə, hədəfdə Küneytra yaşayış məntəqəsində yerləşən nəqliyyat mərkəzi və ictimai bina olub. Tikililər və infrastruktura ciddi ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, İsrail raket atəşinə cavab olaraq Suriya ərazisinə zərbələr endirib. Avqustun 20-də Suriya ərazisindən İsrail istiqamətində 4 raket buraxılıb.

Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Digər xəbərlər