Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İstanbul Atatürk Hava Limanında terror – 32 ölü, 88 yaralı – FOTO+VİDEO

İyun 29
12:25 2016

Selefxeber.az xəbər verir ki, dünən gecə 23:30 radələrində üç nəfər kamikadzenin hava limanı daxilində ayrı-ayrı yerlərdə törətdiyi intihar partlayışı nəticəsində 32 nəfər ölmüş, 88 nəfər isə yaralanmışdır.

Hava limanının giriş və çıxışı bağlanılıb, bütün uçuşlar bu gün axşam 20:00-a qədər dayandırılıb.
Terror hadisəsini İŞİD terror xəvaric qruplaşmasının törətdiyi deyilir.

📷

CmEWtwDXIAIZ7KJ-2

CmEUl7gVEAAH3N5

terror-turkiye3

terror-turkiye2

CmEUl7hUYAE0IKD-1

terror-turkiye1

🎬

Sələf Xəbər: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin.” (Müqəddəs Quran, “Əraf” surəsi, 56-cı ayə)

XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!”(“Fətava İbn Baz” 7/120).

Məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terroraktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin, ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).

Digər xəbərlər