Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

İstanbulda terrorçular polis bölməsinə və ABŞ Baş Konsulluğuna silahlı hücum edib – VİDEO

Avqust 10
15:10 2015

İstanbulda polis bölməsinə silahlı hücum zamanı bir polis şəhid olub, 2 terrorçu məhv edilib.

“Sələf Xəbər”in APA-ya istinadən xəbərinə görə, öldürülən polis əməkdaşı İstanbul Əmniyyət Müdirliyinin (Polis İdarəsi) istehkam şöbəsinin rəisi Bəyazid Çəkəndir. Polis bölməsinə hücum edən terrorçuların yaxalanması istiqamətində keçirilən əməliyyatla onlardan 2 nəfər öldürülüb.

Ərazidə silah səsləri eşidilir.

ABŞ-ın İstanbuldakı Baş Konsulluğuna da silahlı hücum edilib.

İki qadın terrorçu Konsulluğun qarşısında növbədə olan polislərə atəş açıb. Polislər cavab atəşi açıblar və qadın terrorçulardan biri yaralanıb. Yaralı terrorçu yaxınlıqdakı evə girib. Keçirilən əməliyyatla terrorçu qısa vaxtda həmin evdə yaxalanaraq, xəstəxanaya çatdırılıb.

Digər terrorçu isə hadisə yerindən uzaqlaşa bilib. Hazırda onun tutulması üçün əməliyyat keçirilir.

🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)
Orta əsrlərin böyük İslam alimi, məşhur Quran təfsirçisi imam ibn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində demişdir: “Uca Allah yer üzündə fitnə-fəsad yaymağı qadağan edir, bu fəsad yer üzü islah olunduqdan sonra bundan daha böyük zərər verəcəkdir və əgər ilk əvvəl işlər düzgün nizamda gedirdisə, bundan sonra isə fəsad yayıldısa, bu Allahın qullarına ən böyük ziyan verəcəkdir və məhz buna görə Uca Allah bunu qadağan etmişdir”.

Digər xəbərlər