Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kazan məscidi büdcə hesabına bərpa ediləcək

Avqust 28
18:35 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən bildirir ki, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi Kazan şəhərinin “Azimovskaya” məscidinin bərpa edilməsi üzrə müsabiqə elan edib.

Restavrasiya layihəsinin dəyəri 3,3 milyon rubldur. Layihə bu ilin 30 sentyabr tarixinə qədər başa çatdırılmalıdır. Kazan məscidinin bərpasına xərclənəcək vəsait federal büdcədən ayrılacaq.

Qeyd edək ki, federal əhəmiyyətə malik Azimovskaya məscidi mədəni irs obyekti hesab edilir.

 Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər” (Müqəddəs Quran, “Nur” surəsi, 36-cı ayə).

Digər xəbərlər