Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Kazan vağzalında namaz otağı açıldı

Aprel 12
09:04 2014

Kazan dəmiryol vağzalında namaz otağının təntənəli açılışı baş tutub, “Islamnews” xəbər verir.
Tədbirdə Zakaban məscidinin imamı, dindarlar ,və Kazan dəmiryol vağzalının rəhbərliyi iştirak edib.

Zakaban məscidinin imamı Seyidcəfər Lutfullin namaz otağının yaradılmasında göstərdiyi dəstəyə görə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə bütün müsəlmanların adından təşəkkürünü bildirib.

“Bu hadisə bizim üçün xüsusilə vacibdir, çünki bu məscid dini vəzifələrin yerinə yetirilməsini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək. Mən ümid edirəm ki, bu cür namaz otaqları tezliklə başqa dəmiryol vağzallarında da açılacaq” – imam deyib.

Xalçalar, şəmail, dini ədəbiyyat olan rəf – səyahətçilərin özünü rahat və təhlükəsizlikdə hiss etmələri üçün namaz otağında bütün şərait yaradılıb. Dəmiryol mini-məscidinin imamı Nurətdin Temirov təyin olunub.

Namaz otağı hər gün saat 12.00-dən 19.00-a qədər açıq olacaq.
Xatırladaq ki, keçən il, universiada ərəfəsində, bu cür namaz otağı Kazan beynəlxalq hava limanında açılmışdı.

 Sələf Xəbər: Uca Allah buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, …O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.” (Müqəddəs Quran, “Muminun” surəsi, 1-2, 9-cu ayələr).

Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) deyirdi: “Allah qulları üçün beş vaxt namazı fərz qılmışdır. Hər kim bu namazlara ciddi yanaşar və bilərəkdən tərk etməyib haqqını verərək qılarsa Allah onu cənnətinə qoyacağına əhd etmişdir. Beş vaxt fərz namazını qılmayan üçün belə bir əhd yoxdur. Allah diləsə ona əzab verər, diləsə də (imanından ötrü) cənnətinə daxil edər.” (bax “Muvata”)

Digər xəbərlər