Kazanın 4 məscidində Quran kursu açılacaq

Avqust 19
15:11
2014
902 dəfə baxılıb
Tatarstanın müftiliyi “Quranın Nuru” fondu və “Zəkat” Xeyriyyə Fondunun dəstəyi ilə Müqəddəs Quranın öyrənilməsi və əzbərlənməsi üzrə növbəti kurslara başlayır.
“Apanaevskaya”, “Rizvan”, “Salixzən” və “Xuzeyfa” – Kazanın bu 4 məscidi Müqəddəs Kitabı öyrənmək arzusunda olan hər kəsə öz qapılarını eyni zamanda açacaq.
Kurslar bu ilin sentyabrında başlayacaq.
“Sizin ən xeyirliniz Quranı öyrənən və başqasına öyrədəndir” (Buxari).Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun)