Kəbə imamı: “İslam Koalisiyası yeni növ fırtınadır, İŞİD isə terror mənbəyidir”
1. 323 dəfə baxılıb
Məkkənin əl-Həram məscidinin imamı şeyx Saleh bin Humeyd Səudiyyə Ərəbistanın başçılığı ilə qurulmuş İslam koalisiyasını “yeni növ fırtına” adlandırmış, bu hadisəni başqalarına təbəəlikdən çıxış kimi dəyərləndirmişdir.
Həmçinin bildirmişdir ki, bu addım İslam ölkələrini müdafiə mövqeyindən çıxarıb idarəçi duruma gətirəcəkdir.
Saleh bin Humeyd bu sözləri əl-Həram məscidində cümə xütbəsi zamanı söyləmişdir:
“Yaradılmış koalisiyası İslam ümmətinin birləşdirilməsi istiqamətində yüksək addımdır. Müxtəlif məzhəblər arasında qarşılıqlı hörmət, başqa dövlətin daxili işlərinə qarışmamaq, xaos yaratmamaq prinsipləri əsasında qurulmuş koalisiya ümmətin sözünü bir etmək və əminamanlıqda yaşamaq, terrorçuluqla mübarizə aparmaq, dövlətlərarası nizamnamələrə, konvensiyalara və qarşılıqlı əlaqələrə hörmət etmək baxımından olduqca dəyərlidir.”
“Bu koalisiya İslam ölkələrinin terrorçuluq cinayətinə qarşı vahid mövqeyini və birgə mübarizəni əks etdirir. Bu birlik həmçinin İslam dini ilə heç bir əlaqəsi olmayan terrorçuluq meyillərinin azaldılması, təhlükəli fikirlərin vaxtında qarşısının alınması baxımından da olduqca mühümdür. İŞİD terror qruplaşması terror mənbəyidir. Bu nə dövlət, nə də İslam dövləti deyil. Bu, kimlərsə tərəfindən maliyyələşdirilən və silahla təmin edilən fərqli ölkə vətəndaşlarının toplaşdığı terror dəstəsidir.”
Sələf Xəbər: İnsanların fikrini toplamaq və onları parçalanmaqdan qorumaq İslam şəriətinin əsas hədəfi və qayəsidir. Allah taala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılma¬yın!…” (Ali İmran: 103).
Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Vəhdət – rəhmətin mayasıdır, təfriqə isə əzabın səbəbidir”. (“Səhih əl-Cəmi”).