Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Kəbədə yeni xidmət təqdim olunacaq – Yenilik

Oktyabr 16
16:06 2015

İki Müqəddəs Məscidin Xidməti İşləri üzrə rəhbəri şeyx professor Əbdürrəhman bin Əbdüləziz əs-Sudeys və müavini şeyx professor Muhamməd bin Nasir əl-Xuzeym ilə birlikdə müqəddəs məscid ziyarətçiləri üçün “telefon şarjı” xidmətini təqdim edib.

Məscid ziyarətçilərinin bu xidmətə olduqca çox ehtiyac duyduqlarını nəzərə alaraq, eyni zamanda çoxsaylı telefon şarjı aparatlarının istifadəsi nəticəsində elektrik naqillərinin yüklənməsinin qarşısını almaq məqsədi ilə belə bir addım atılmışdır.

“İki müqəddəs məscidə gələn ziyarətçilərə yüksək xidmət göstərməyi hədəf bilən rəhbərlik bu istiqamətdə bütün səyini səfərbər etməkdədir.”

Qeyd edək ki, bu xidmət sayəsində hər kəs bu xidmət sayəsində mobil telefonunu tez bir zamanda təmənnasız şarj edə biləcəkdir.

Mənbə: twasul.info

Digər xəbərlər