Keçmiş İŞİD üzvü şahidi olduğu dəhşətlərdən danışıb
1. 058 dəfə baxılıb
“Sələf Xəbər” www.dailymail.co.uk saytına istinadən xəbər verir ki, 33 yaşlı keçmiş döyüşçü komandirlərinin qana susamış, hər şeydə həris vəhşilər olduğunu gördükdən sonra cihadla bağlı ümidləri puç olub.
O iddia edir ki, döyüşçülər onun yaşadığı şəhərə basqın etdikdən sonra, onun İŞİD terror xəvaric qruplaşmasının sıralarına qoşulmaqdan başqa çarəsi qalmır.
Saysız-hesabsız vəhşi başkəsmə videoları izləməyə məcbur edilən keçmiş döyüşçü dövlət işlərində çalışmaqda ittiham edilən bir neçə yerli sünni əqidəsinə sahib şəxsin edam edilməsi əmri alır. Onların arasında keçmiş dostlarının olduğunu görən Həmzə, bu vəhşiliyi törətməkdən imtina edir. Keçmiş dostlarının başını kəsməkdən imtina etdikdən sonra, Həmzə başa düşür ki, İŞİD terror xəvaric qruplaşması qatili kimi gələcək həyatı heç də onun arzuladığı həyat deyil. Dostunun qaçmağı planladığı üçün tutulmasına və qəddarcasına edam edilməsinə baxmayaraq, qısa müddət sonra, Həmzə İŞİD terror xəvaric qruplaşmasından qaçmağı bacarır.
“Sadiqliyi və cəsarətinə görə” ailəsi ilə mobil telefon vasitəsilə əlaqə saxlamağa icazə verildikdən sonra, Həmzə İŞİD terror xəvaric qruplaşmasının qondarma xilafətinin hüdudlarından kənarda yaşayan dostları ilə Viber mesaj proqramı vasitəsilə əlaqə saxlayır. Daha sonra o telefonundan istifadə edərək qaçış planı hazırlayır.
Həmzə iddia edir ki, onun İŞİD terror xəvaric qruplaşması ilə bağlı ümidləri tamamilə puç olub: “İlk əvvəl mən elə bilirdim ki, onlar Allah üçün vuruşurlar. Amma daha sonra gördüm ki, onlar İslamın prinsiplərindən çox uzaqdırlar.
Sələf Xəbər: XX əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə, dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz, bir halda ki, bu Qurana və Sünnəyə ziddir. Bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, lakin ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə, onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin bu yolun, xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir”. (“Fatava əş-şariyyə fi kadayyə əl-asriyyə”, 47)