Keçmişdə və bugün həcc və ümrə ziyarətçilərinin nəqli – müqayisə VİDEO
809 dəfə baxılıb
On illər ərzində müqəddəs Məkkə şəhərinə ziyarətə gələn yaşlı insanlar təvaf, səfa-mərva arasında səy etmək üçün müxtəlif xidmətlərdən istifadə etməli olurdular. Ötən əsrin doxsanıncı illərinə qədər həcc, yaxud ümrə ziyarətində olan insanlar “Xaşəb, xaşəb”, “tariq ya haci” və s. ifadələri tez-tez eşidirdilər.
Öz müştərisini taxta xərəkə oturdub xərəki başı üzərinə almış dörd nəfər güclü əzələli, nəhəng həbəşistanlı insanları nahat edəcək şəkildə “xaşəb, xaşəb” (taxta, taxta. (tərc.)) ifadələrini yüksək səslə ifadə etməklə hərəkət etmək üçün yol açır, beləcə müştərinin təvaf etməsinə kömək edirdilər.
Daha sonra ağır çəkili dörd çarxlı əlil arabaları xidmətə verildi. Bu arabalar qismən rahatçılıq gətirsə də, yenə də rahat nəql barədə çətinliklər qalmaqdaydı.
Bu gün artıq müasir dünyada müasirlik bu sahəyə də sirayət etmişdir. Yeni əlil arabaları həm yüngül həcmi, həm də yığcamlığı ilə daha rahat xidməti təmin edir. Ən son xidmət arabaları isə elektrikli arabalardır. Bu növ arabalar hacılara yüksək komfortlu nəql xidməti göstərməyi təmin edir. Gəzməkdə çətinlik çəkən hər bir ziyarətçi bu xidmətdə yararlana bilir.
Bu gün Məkkənin əl-Həram məscidində dörd növ araba xidməti təqdim edilir:
1. Elektrikli arabalar. Bu növ arabalar simvolik ödəmə müqabilində məscidin birinci mərtəbəsində xidmət göstərir.
2. Ziyarətçinin özünün idarə etdiyi əl arabaları. Bu növ arabalar təmamilə pulsuz xidmət göstərir.
3. Simvolik ödəmə müqabilində təqdim edilən əl arabaları. Simvolik ödəmə arabanı sürən işçiyə işçi haqqı olaraq verilir.
4. Məkkəli gənclərin könüllülər dəstəsi tərəfindən təqdim edilən ücrətsiz arabalar.
Sələf Xəbər: Uca Allah buyurur: “Bir zaman İbrahim dedi: “Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!” (Allah) dedi: “Mən kafir olanlara bir qədər zövq almağa izn verərəm, sonra da onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 126-cı ayə)
“İbrahim (ona salam olsun) Məscidülharamda namaz qılarkən Allaha dua etdi ki, Məkkəni təhlükəsiz şəhər etsin və onun əhalisinə hər cür məhsullardan ruzi bağışlasın. Sonra İbrahim peyğəmbər (ona salam olsun) öz duasını möminlərlə bağlayır və Allaha olan ehtiramını büruzə verir. Amma onun duasının birinci hissəsi ümumi səciyyə daşıyırdı və buna görə də Allah onun duasına cavabını, zalımlardan başqa, hamıya aid etdi.
Digər tərəfdən, İbrahim peyğəmbər (ona salam olsun) Allahdan şəhərin əhalisinə ruzi verməsini dilədi və bunu ancaq möminlər üçün istədi. Allah isə ruzini həm mömin və itaətkar dindarlara və həm də kafirlərə və münafiqlərə verir. Məhz buna görə Allah xəbərdar edir ki, ruzi şəhərin bütün sakinlərinə, həm müsəlmanlara, həm də kafirlərə veriləcəkdir. Müsəlmanlar maddi nemətləri Allaha ibadət xatirinə istifadə edəcəklər və sonra Cənnət bağlarına yollanacaqlar, kafirlər isə, maddi nemətlərdən ancaq qısa müddət ərzində ləzzət alacaqlar, sonra isə məcburən ən pis sığınacağa – Odlu Cəhənnəmə göndəriləcəklər.” (Bax “Təfsir Əs-Saadi”).