Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

Keşiş İslamı qəbul etdi, dörd gün oruc tutduqdan sonra dünyasını dəyişdi – İbrətli hadisə

İyun 21
18:01 2016

Həyatını xristianlığa dəvət etməyə həsr edən Eduard adlı keşişin həyat hekayəsi hər kəs üçün ibrətlidir.
Eduard döğma vətəni Filippində daim islama qarşı mübarizə aparıb. O bununla kifayətlənməyib, həmvətənlərini islamı qəbul etməkdən çəkindirmək üçün bir neçə il öncə Səudiyyə Ərəbistanına gəlib.
Gəldiyi ilk vaxtlarda Eduard dininə çox bağlı idi. Səudiyyə Ərəbistanında qarşılaşdığı həmvətənləri və yerli sakinlərlə ünsiyyət quran Eduardın düşüncələri və İslam haqqında təsəvvürləri gündən günə dəyişirdi.
Xristian həmvətənlərinin İslam haqqında verdikləri suallar Eduardı çətin vəziyyətdə qoyurdu. Eduard isə bu suallara cavab tapmaq üçün araşdırma aparır, çoxlu mütaliə edirdi. Lakin bu araşdırmalar əslində Eduardın özünə haqqı göstərirdi.
Uzun sürən araşdırmalardan sonra Eduard nəyahət haqqın nə olduğunu dərk etdi. O dərk etdi ki, haqq din İslamdır. Ötən həftənin çərşənbə axşamı (14.06.2016) Eduard ər-Riyad şəhərinin əl-Masif bölgəsində iftar süfrəsinə gəlir və orada İslamı qəbul etmək istəyini bildirir. Məscidin imamı Eduardın təklifini məqbul sayıb ona iki şəhadət kəlməsini təlqin edir.
Eduard İslamı qəbul etdikdən az sonra, həfənin bazar günü ürək çatışmamazlığı ilə dünyasını dəyişir. Beləliklə Eduard ramazandan dörd gün oruc tutub dünyasını dəyişdi. Allah onu bağışlasın.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə (düz yolla) getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.” (Müqəddəs Quran, “Hədid” surəsi, 28-ci ayə).

“Uca Allah bu ayədə Musa və İsa peyğəmbərlərə (onlara salam olsun) səmimiyyətlə iman gətirən Kitab əhlinə müraciət etmiş və onlara Allahdan qorxmağı, öz dininə axıradək sadiq qalmağı, Rəbbin hökmlərinə itaətsizlik etməməyi və Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) iman gətirməyi əmr etmişdir. Onlardan Rəbbin iradəsinə itaət edənlərə Uca Allah ikiqat mükafat: öz peyğəmbərlərinə sadiq olduqlarına görə mükafat və Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) sadiq olduqlarına görə mükafat vəd etmişdir. (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031