Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

Körfəz Əməkdaşlıq Şurası Xameneyinin fətvasına münasibət bildirdi

Sentyabr 07
17:19 2016

Selefxeber.az-ın sabq.org saytına istinadən məlumatına görə, Körfəz Əməkdaşlıq Şurasının üzvləri İranın ali lideri Əli Xameneyinin Səudiyyə Ərəbistanı və Həcc mövsümü haqqında söylədiyi əsassız ittihamları və nalayiq ifadələri kəskin qınadığını bəyan etmişdir. Belə təhqiramiz ifadələr və nalayiq sözlər söyləmək heç bir müsəlmana yaraşan hərəkət deyil, islam dövlətinin liderinə isə belə hərəkət əsla yaraşmır.

Şuranın sədri Professor Əbdüllətif bin Raşid əz-Zəyyani bəyan edib ki, İranın ali liderinin Həcc haqqında söylədikləri açıq-aşkar təxribatdır. Bu bəyanat, dünya müsəlmanlarının iki haram torpaqlarında toplaşıb birlikdə icra etdikləri Həcc ibadətini siyasiləşdirməkdən başqa bir şey deyildir.

Sədr onu da vurğulayıb ki, bütün dünya Səudiyyə Ərəbistanının həm dövlət, həm də xalq olaraq həcc mövsümü üçün təqdim etdiyi xidmətləri yüksək qiymətləndirir.

Əməkdaşlıq Şurası İranın yüksək vəzifəli şəxslərinin mediada səsləndirdikləri haqsız ittihamları rədd etdiyini bəyan etmişdir.

 

Digər xəbərlər

ARXİV

Oktyabr 2024
M T W T F S S
« Feb    
 123456
78910111213
14151617181920
21222324252627
28293031