Körfəz ölkələri “Hizbullah”ı terror təşkilatı kimi tanıdı
924 dəfə baxılıb
6 ölkənin yer aldığı Fars Körfəzi Ölkələri Əməkdaşlıq Şurası “Hizbullah” hərəkatını terror təşkilatı kimi tanıyıb.
“Sələf Xəbər” Atv.az-a istinadən bildirir ki, Şuranın baş katibi Əbdüllətif Bin Rəşid Əl-Zəyaninin sözlərinə görə, “Hizbullah”ın təşkil etdiyi hücumlar onun terror təşkilatı olduğunu təsdiq edir. O bildirib ki, son bir həftədə Körfəz ölkələri məsələ ilə bağlı geniş müzakirələr aparıb və tərəflər arasında razılaşma əldə olunub. Baş katib bəyan edib ki, bir müddət əvvəl “Hizbullah” silahlısı videogörüntülər vasitəsiylə Səudiyyə Ərəbistanını hədələyib və rəsmi Ər-Riyadda terror aktı törədəcəklərini bildirib. Məhz həmin kadrlar Körfəz ölkələrinin “Hizbullah”ı terror təşkilatı kimi tanımasında önəmli rol oynayıb.
İddialara görə, son günlər Səudiyyə Ərəbistanı ilə Livan arasında yaranan siyasi gərginliyə səbəb elə “Hizbullah” hərəkatıdır.
Qeyd edək ki, gərginlikdən sonra Ər-Riyad Beyruta ayırdığı 4 milyard dollar dəyərində hərbi yardımı ləğv edib və Livandakı vətəndaşlarını geri çağırıb.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)