Kral Salman bin Əbdüləziz müqəddəs Kəbəni yuyub – FOTO – VİDEO
1. 336 dəfə baxılıb
“Sələf Xəbər” “Al Arabiyya”-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz tərəfindən Müqəddəs Ramazan ayı başlamazdan əvvəl bir illik ənənə çərçivəsində Məkkədə müqəddəs Kəbə yuyulub.
Kəbə İslamın ən müqəddəs məscidi “Əl-Haram” məscidinin mərkəzində yerləşir.
Vəliəhdi Məhəmməd bin Nayef tərəfindən müşayət olunan Kral Salman, Məkkə valisi Şahzadə Xalid əl -Faysal tərəfindən qəbul edilib.
Səfər zamanı kral Məkkənin genişləndirilməsi layihələrini müzakirə edib və bildirib ki, keçmiş Kral Abdullahın əmrlərinə hörmət əlaməti olaraq bu addımı atıb.
Kral Salman Məkkədəki bütün layihələri təqib etməyi və ənənələri davam etdirməyi Şahzadə Xalidə tapşırıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, aləmlərdən ötrü bərəkət və doğru yolu göstərən rəhbər kimi insanlar üçün ilk qurulan ev Məkkədədir. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Oraya daxil olanın təhlükəsizliyi təmin olunar. Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 96,97-ci ayələr)
Allah-Təala məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah buyurur: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)