Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Kral Salman “İlin İslam Şəxsi” oldu

İyul 01
17:34 2015

İki Müqəddəs Məscidin hamisi, Səudiyyə Ərəbistanı Kralı Salman ibn Əbdüləziz Qurani-Kərimin yayılması və öyrənilməsi sahəsində apardığı uğurlu islahatlara görə beynəlxalq mükafatla təltif olunub.

“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən məlumatına əsəsən, Kral Salman Müqəddəs Quranın oxunuşu üzrə Ümumdünya təşkilatı tərəfindən “İlin İslam Şəxsi” adına layiq görülüb.

Onu da qeyd edək ki, Kral Salman İslam İşləri Nazirliyinin nəzdində hafizlik məktəbi açdığı və hər il beynəlxalq və yerli müsabiqələrdə iştirak edən qaliblərə 1,5 milyon səudiyyə rialı ayırdığı üçün belə bir mükafatla təltif olunub.

Xatırladaq ki, Qurani-Kərimin oxunuşu üzrə Ümumdünya Təşkilatı tərəfindən mükafatlandırma səkkiz ildir ki, ardıcıl olaraq 10 kateqoriya üzrə aparılır. Qurani-Kərimi əzbərləmək sahəsində apardığı fəaliyyətlərə görə müəllimlərin, şeyxlərin, televiziya verlişlərinin, veb saytların və jurnalların işi qiymətləndirilir və mükafatlandırılır.

Sələf Xəbər: Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)

“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. O, dünya həyatından ayrıldıqda, Allah onu nəzərlərin görmədiyi, qulaqların barəsində eşitmədiyi və hətta insanın heç xəyalına belə gətirmədiyi hər cür nemətlərlə təmin edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər