Livanın paytaxtında partlayış törədilib – 43 ölü, 240 yaralı – VİDEO
Noyabr 13
18:16
2015
696 dəfə baxılıb
Livanın paytaxtı Beyrutda törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bunu Livanın Səhiyyə naziri Vael Əbu Faur deyib.
Livanın baş naziri Təmmam Salam faciə ilə əlaqədar noyabrın 13-nə ölkədə matəm elan edilib. Məlumata görə, sabah ölkə ərazisində bütün dövlət qurumları və təhsil ocaqları bağlı olacaq.
Qeyd edək ki, partlayışlar Beyrutun cənub ətrafında yerləşən “Burc əl Baracn” düşərgəsində törədilib.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)