Məkkədə İŞİD-ə qarşı əməliyyat keçirilib
848 dəfə baxılıb
“Sələf Xəbər” xarici mənbələrə istinadən xəbər verir ki, Məkkə şəhərində terrorçulara qarşı keçirilən əməliyyat zamanı dörd nəfər terrorçu məhv edilib.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, terrorçuların ifşa edilməsi, axtarışda olan şəxslərin tapılması və gizli terror yuvalarının aşkar edilməsi üçün keçirilən əməliyyatlar öz səmərəsini verməkdədir. Belə ki, ötən həftənin cümə günü Bişə əyalətində qanlı terror aktının qarşısı alınmış, axtarış və tədqiqat nəticəsində Məkkə və Taif şəhərləri arasında terrorçuların gizli məkanda toplaşdığı məlum olmuşdur.
Cümə axşamı adı çəkilən yerdə antiterror əməliyyatı keçirilmişdir. Hər tərəfdən mühasirə olunduqlarını görən terrorçular təhlükəsizlik qüvvələrinə atəş açmağa başlayıblar. Atışma nəticəsində terrorçuların ikisi məhv edilib, digər iki nəfəri isə partladıcı kəmər vasitəsi ilə özlərini intihar ediblər. Təhlükəsizlik qüvvələrindən və ətrafdakı dinc sakinlərdən heç kəs xəsarət almayıb.
Ciddə şəhərində də eyni əməliyyat zamanı digər əməliyyat keçirilmiş və iki nəfər şübhəli qismində saxlanılmışdır. Hazırda onların terrorçularla əlaqəli olub-olmaması araşdırılır.
Qeyd edilən məkanlarda hal-hazırda araşdırmalar gedir, təhqiqat aparılır. Terrorçuların kustar üsulla düzəltdikləri partlayıcı qurğular zərərsizləşdirilir, silah-sursatdan təmizlənir.
Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir: “Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”