Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Məkkədə qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər yaralanıb – VİDEO

Sentyabr 12
13:44 2015

Son məlumatlara əsasən, 184 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Mülki müdafiə nazirliyinin son açıqlamasında bildirilir.

Hadisənin başvermə səbəblərinə dair rəsmi açıqlama hələ ki, verilməyib. Yerli KİV-lər hadisəyə səbəb kimi güclü külək və yağıntılı havanı göstərirlər.

🎬
🎬

Sələf Xəbər: Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfin-dən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 155-157-ci ayələr)

“Uca Allah bildirir ki, Onun qulları mütləq sınaqlara məruz qalacaqlar və bunun sayəsində doğruçu insanlar yalançılardan, səbirsizlər isə səbirlilərdən fərqlənəcəklər. Uca Allah qulları ilə həmişə belə davranır, çünki möminlər uzun müddət imtahana çəkilmədikdə, onlara yalançılar qoşulmağa başlayır ki, bu da xoşagəlməz nəticələrə aparır. Bax buna görə Allahın müdrikliyi tələb edir ki, iman sahibləri yaramazlardan ayrılsınlar və sınaqların böyük faydası da elə bundadır. Sınaqlar möminlərin imanına xələl gətirmir və əsil müsəlmanları onların dinindən döndərmir və bununla Allah möminlərin imanının yox olmasına heç vaxt imkan vermir. Məhz səbirli möminlər bu şərafətli müjdəyə və böyük ehtirama layiq görülmüşlər. Onlar mənəvi və ya fiziki əzab mənbəyi olan xoşagəlməz işlərə və təsadüfi hallara məruz qaldıqda, deyirlər: “Biz – Allahın qullarıyıq və Onun iradəsindən asılıyıq. Biz öz həyatımız və öz var-dövlətimiz üzərində hakimiyyətə malik deyilik və Allah bizi sağlamlıqdan və ya malımızın bir hissəsindən məhrum edərsə, bilmək lazımdır ki, Mərhəmətli Rəbbimiz Öz qulları və Öz mülkü üzərində istədiyi kimi sərəncam vermək haqqına malikdir. Biz buna qarşı ola bilmərik. Bundan başqa, Allahın əsil qulu bilməlidir ki, bütün müsibətlər Müdrik Hökmdarın iradəsi ilə baş verir. O, insanlara onların özlərindən daha çox şəfqətli və Rəhmlidir. Buna görə biz taleyimizlə razılaşmalı və Allaha, Onun təyin etdiyi, hətta insan başa düşmədiyi halda, ona fayda gətirən qədərinə görə, həmd etməliyik. Allahın qulları olaraq biz mütləq Qiyamət günü öz Rəbbimizə dönəcəyik və onda hər bir insan öz əməllərinin əvəzini alacaq. Əgər biz Allahın mükafatına ümid bəsləyərək səbirlilik göstərsək, onun əvəzini tam alarıq. Yox, əgər biz qəzəblənsək və taleyimizdən şikayət etsək, onda bu mükafatdan məhrum olarıq və bizə öz hiddətimizdən başqa heç nə qalmaz. Bizim, Allaha məxsus olan və hökmən Ona qayıdacaq, qulların vəziyyəti bizdən dözümlü və səbirli olmağı tələb edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Ölənlərə Allahdan rəhmət, xəsarət alanlara isə Allahdan şəfa diləyirik.

Digər xəbərlər