Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Məkkədəki “Əl-Həram” məscidi gündə 4 dəfə təmizlənir – VİDEO

İyul 10
15:06 2015

“Sələf Xəbər”in İslam-today.ru-ya istinadən xəbərinə görə, “Əl-Həram” məscidində təmizlik işləri aparmaq üçün 120 süpürgəçi, 60 nəfər yuyucu işə alınıb, 40 ədəd təmizlik avadanlıqları istifadəyə verilib.

Müqəddəs Məsciddə təmizlik və gigiyena qaydalarına əməl edilməsi oraya gələn milyonlarla zəvvarın sağlamlığını qoruyur.

“Əl-Həram” məscidi gün ərzində 4 dəfə yuyulur. Təmizlik işləri Təvaf sahəsi, Səfa və Mərvə təpəcikləri və təharət üçün yerlərdən tualetlərə qədər bütün ərazidə aparılır.

🎬

Sələf Xəbər: Allah məscidlərin tikilməsini, abadlaşdırılmasını və onlara ehtiramla yanaşılmasını buyurmuşdur. Uca Allah deyir: “Bu nur Allahın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər”. (Qurani-Kərim, “Nur” surəsi, 36-cı ayə)

Digər xəbərlər