Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Məkkəyə gedən zəvvarların sayı 1,3 milyonu keçib

Sentyabr 21
14:57 2015

Səudiyyə Ərəbistanı zəvvarların qəbulunu başa çatdırıb.

Səudiyyə Ərəbistanı bu il Həcc əməllərində iştirak edəcək zəvvarların qəbulunu başa çatdırıb. Məkkəyə gələn müsəlmanların sayı 1,3 milyon nəfəri ötüb.

“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Pasport Nəzarət Xidmətindən məlumat yayılıb.

O qeyd edib ki, Məkkəyə toplaşan zəvvarların ümumi sayından 49 min nəfəri yerüstü və su nəqliyyatından istifadə edib, digərləri müqəddəs şəhərə müntəzəm aviareyslərlə gəliblər.

Sələf Xəbər: Uca Allah buyurur: “Allah üçün həcc və ümrəni tam yerinə yetirin”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 196-cı ayə)

Məhəmməd peyğəmbər (Allahın ona salavat və salam olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər