Məscidin qarşısında partlayış: 20-dən çox ölü
Avqust 16
17:11
2014
869 dəfə baxılıb
0 şərhAPA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Suriyanın cənubunda məscidin qarşısında partlayıcı qurğu quraşdırılmış avtomobilin partladılması nəticəsində azı 22 insan həlak olub.
İnsident üsyançıların nəzarəti altında olan Deraa əyalətinin Namar şəhərində cümə namazı vaxtı baş verib. Ölənlər arasında azı 2 uşağın və bir neçə üsyançının olduğu bildirilir.
Sələf Xəbər: XX-ci əsrin məşhur sünni alimi, mərhum Əbdül Əziz bin Bəz (Allah ona rəhm etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eybli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (ona salavat və salam olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fatava İbn Baz” 7/120).
Hal-hazırda heç bir şərh yoxdur. Siz şərh yazmaq istəyirsiniz?
Yeni şərh əlavə et