Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Misir prezidenti Səudiyyə Ərəbistanının Həcc xidmətlərini qiymətləndirib

Oktyabr 06
15:31 2015

Silahlı Qüvvələrin oktaybr hadisələrində qələbəsinin 42 illiyinə həsr edilmiş toplantıda çıxış edən Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, heç kəs Səudiyyənin Həcc təşkilatçılığından artığını təqdim edə bilməz.

“Biz onların bu işin öhdəsindən layiqincə gəldiyinə tam əminik”, – deyə Misir prezidenti vurğulayıb.

“Sələf Xəbər”in əl-Ərəbiyyəyə istinadən məlumatına görə, prezident daha sonra bildirib ki, Səudiyyə hakimiyyəti təkcə Həcc mövsümündə deyil, ümumiyyətlə, ziyarətçilərə il boyu göstərdiyi xidmətlərə görə təqdir edilməlidir və biz onlardan başqa heç kəsin Həcc mərasimini təşkil etməsini təsəvvür etmirik.

Çıxışının davamında prezident Həcc mərasimində Minada izdiham səbəbi ilə şəhid olanların yaxınlarına başsağlığı verib.

O, daha sonra bildirib ki, BMT-nin iclasında iştirak etmək üçün Nyu-Yorkda olarkən danışdığı hər kəs Misirdə baş verənləri anlayışla qarşılayır: “Mən onların diqqətinə çatdırdım ki, əgər biz terrorizmin qaynaqlarını məhv etməsək, terrorçuluq uzun illər davam edəcəkdir”.

Çıxışında, həmçinin İslamı olduğu kimi çatdırmaq və dinimizə kölgə salmamaq üçün dini maarifləndirmənin islah edilməsinin olduqca əhəmiyyətli olduğunu da bildirmişdir.

Sələf Xəbər: Uca Allah buyurur: “Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 97-ci ayə)

Uca Allah buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Qurani-Kərim, “Nəhl” surəsi, 97-ci ayə)

“Xeyirxah əməllərin qəbul olunmasının zəruri şərti düzgün imandır. Bundan başqa, xeyirxah əməllər – sahibi düzgün baxışlara etiqad edilmədikcə, xeyirxah adlandırıla bilməz. Belə baxışlara aid olanlar – qeybə qəti imandır ki, mömini fərz və könüllü xeyirxah əməllər icra etməyə yönəldir. Əgər insan özündə iman və saleh əməlləri birləşdirə bilirsə, onda Allah ona mütləq gözəl həyat bəxş edir. Belə insan ruhi rahatlıq, inam əldə edir və ruhuna ziyan vura biləcək hərəkətlərə yol vermir. Uca Allah isə onun heç gözləmədiyi bir yerdən ona pak ruzi əta edir. Allah onu həm bu dünyada və həm də ölümündən sonra gözəl bir tərzdə mükafatla təltif edir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər