Misirdə təkfirçilərə qarşı əməliyyat tədbirləri davam etdirilir
760 dəfə baxılıb
“Sələf Xəbər”in alarabiya.net-ə istinadən verdiyi xəbərə əsasən, Misirin Sina şəhərinin şimalında əl-Əriş, Şeyx Zuveyd və Rəfah adlı məntəqələrdə aparılmış təhlükəsizlik tədbirləri nəticəsində doqquz nəfər təkfirçi məhv edilmiş, üç nəfər yaralanmış, səkkiz nəfər şübhəli həbs edilmişdir. Şübhəlilərin bu işdə əlbir olub olmadıqları istintaqdan sonra bəlli olacaqdır. Eyni zamanda, bir neçə terror mənbəsi, iki maşın, qaçaqmalçılıq üçün nəzərdə tutulmuş içərisində siqaret və tradamol tabletkalar olan anbar aşkar edilmişdir.
Mənbələr bir neçə terror mənbəyinin məhv edildiyini bildirirlər. Terrorçular bu mənbələrdə toplaşır, ordu və polis əleyhinə hücumlar planlaşdırırdılar. On bir daxma, təkfirçi ünsürlərə məxsus iki ədəd maşın, qaçaqmalçılıq üçün nəzərdə tutulmuş içərisində on beş qutu siqaret və 35 bağlama narkotik tipli tradamol tabletkalar aşkar edilərək müsadirə edilmiş və aidiyyatı üzrə təhvil verilmişdir.
Ordu qüvvələrinin hərəkət etdiyi Şeyx Zuveyd yolunun kənarında bomba partladılıb, amma heç bir maddi və ya fiziki xəsarət alan olmayıb.
Təhlükəsizlik orqanları bildiriblər ki, terror mənbələrinə hücumlar zamanı naməlum şəxslər bombanı ordu qüvvələrinin keçdikləri torpaq yolda basdırıblar. Quraşdırılmış bomba ordu qüvvələrinin maşın və zirehli texnikası keçdikdən sonra partladığı üçün heç bir xəsarət qeydə alınmayıb. Partlayışdan dərhal sonra təhlükəsizlik qüvvələri ətraf məntəqələri nəzarətə götürüblər.
Hal-hazırda cinayətkarların tapılması istiqamətində axtarışlar aparırlar.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)