Moskvada böyük məscidin açılışı edildi – VİDEO
1. 246 dəfə baxılıb
Açılışda Rusiya Müftilər Məclisinin sədri Ravi Eynəddin, Rusiya prezidenti Vladimir Putin, Fələstin prezidenti Mahmud Abbas və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış ediblər.
“SələfXəbər” rt.com-a istinadən bildirir ki, Rusiya Müftilər Məclisinin rəis müavini Rövşən Abbasov müsahibəsində bildirir ki, 1904-cü ildə tikilmiş Moskva məscidi uzun illərdən sonra, 2005-ci ildə əsaslı təmir və genişləndirmə işləri üçün bağlanmışdır. 170 milyon dollarlıq təmirdən sonra nəhayət bu gün, Ərafa günü Moskva böyük məscidinin açılışı edilir.
Abbasov onu da qeyd edir ki, yeni məscid altı mərtəbədən ibarətdir. Məscid iyirmi dəfə genişlənərək 19 min kvadrat metrə çatmışdır. Bu isə o deməkdir ki, məsciddə on min insan rahat şəkildə ibadət edəcəkdir. Halbuki bu rəqəm əvvəllər beş yez idi. Bununla bayram və cümə günləri qarşılaşdığımız izdihamlı hallar aradan qaldırılmış olacaqdır.
Rusiya Müftilər Məclisinin sədri Ravi Eynəddin “TAS” agentliyinə müsahibəsində bildirib ki, yaxın gələcəkdə Moskvada daha iki böyük məscidin inşası gözlənilir. Tikiləcək məscidlərdən biri indiki məsciddən iki dəfə böyük olacaq. Yəni orada iyirmi min insan namaz qıla biləcəkdir.
Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).
İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).
Məşhur orta əsr alimi Əhməd ibn Abdu Saləm (Allah ona rəhmət etsin) demişdir: “Məscidlər ümmətin toplandığı yer olub. Orada rəhbər imamlarla görüşmək olardı. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) öz hörmətli məscidini təqva əsasında qurub. Orada namaz qılar, Quran oxuyar, Allahı zikr edər, elm alar və nitq və xütbə söyləyərdilər. Beləliklə, müsəlmanlar öz dinləri və dünyəvi həyatları ilə əlaqəli hər hansı mühüm məsələ səbəbilə məsciddə toplaşardılar” (“Cümə xütbələri toplusu”).Lakin, müsəlmanlar məscidləri həddən artıq bəzəməkdən çəkinməlidirlər, çünki bu israf və lovğalıq kimi günahlara gətirib çıxara bilər. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «İnsanlar bir-birlərinin qarşısında məscidlərlə öyünmədikcə Qiyamət qopmaz» (Əbu Davud). Digər hədisdə isə o demişdir: “İnsanlar məscidlərlə öyünəcək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər». Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi İbn Abbas (Allah ondan razı olsun) müsəlmanların məscidlərlə niyə öyünəcəyini belə izah edir: “Siz məscidləri yəhudilərin və xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz» (əl-Buxari)