Müsəlman ölkələri vahid ordu yaradır
1. 264 dəfə baxılıb
Ərəb ölkələri Liqasına üzv olan dövlətlərin XİN rəhbərləri və Müdafiə nazirləri avqustun 27-də Qahirədə keçiriləcək xüsusi iclasda vahid ərəb silahlı qüvvələrinin yaradılmasına dair protokol imzalayacaqlar.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Misirin “Əl Fəcr” nəşri məlumat yayıb.
Qeyd edək ki, vahid ərəb silahlı qüvvələrinin yaradılması ideyası cari ilin martında Şarm əş-Şeyxdə keçirilmiş ərəb sammitində Misir prezidenti Fəttah əs-Sisi tərəfindən irəli sürülüb və Ərəb ölkələri Liqasına üzv olan dövlətlər tərəfindən dəstəklənib. Terrorçuluqla birgə mübarizə, ərəb ölkələrinin milli təhlükəsizliyinin qorunması, bölgədə sülhməramlı əməliyyatların aparılması vahid ərəb silahlı qüvvələrinin əsas vəzifələri kimi müəyyən edilib.
Layihəyə əsasən, vahid ərəb silahlı qüvvələrinin tərkibində 40 min hərbçi, minlərlə hərbi pilot və 3 min Hərbi Dəniz Qüvvələrinin əsgəri xidmət çəkəcək. Vahid ərəb silahlı qüvvələri qərargahı Qahirədə yerləşəcək.
Diplomatik mənbələrin məlumatına görə, Misirdən başqa, layihə artıq BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Yəmən, Liviya, İordaniya və Mərakeş tərəfindən dəstəklənib. Liviya, hətta birgə qüvvələrin formalaşdırılmasına dair qərar qəbul olunduqdan sonra ölkə ərazisində fəaliyyət göstərən İŞİD terror xəvaric qruplaşması və digər terrorçu qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə yardım xahişi ilə müraciət edəcəyini bildirib.
Sələf Xəbər: Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) daş atmağı qadağan etmiş və demişdir: “(Atılan) daş nə ovu öldürər, nə də düşməni məhv edər. Ancaq göz çıxarar və ya diş sındırar”. (Müslim)
Bu hədisin təfsiri olaraq, XX əsrin böyük islam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: “Bu hədisdən belə nəticəyə gəlirik ki, biz düşmənlə, ona zərər yetirməyən silahlar vasitəsilə vuruşmamalıyıq. Çünki bu ağılsızlıqdır və həlaka səbəb ola bilər. Əksinə, onlarda olan və ya ondan daha yaxşı silahla döyüşmək lazımdır, çünki Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)
Buradan anlayırıq ki, bəzilərinin bu gün İslam və qeyri-islam ölkələrində azsaylı qruplar şəklində, kifayət qədər silaha malik olmadan onlara (düşmənə) qarşı vuruşması, əksinə, onların (düşmənlərin) güclənməsinə və hökmranlıq etməsinə gətirib çıxaracaq. Bundan əlavə, onlar gücləndikdə və möhkəmləndikdə, daha böyük qüvvə ilə müsəlmanlara zərər verəcəklər. Qisas almağa başlayacaqlar və həmin dövlət daha böyük qüvvə ilə digər müsəlmanların üzərinə hücum edəcək, bu isə yalnız ziyan gətirəcək. Ağlı başında olan hər adam bunu anlaya bilər. Şəriətə gəldikdə isə, şəriətdə buna dəlil – Müdriklərin ən Müdriki olan Allahın hikmətli ayələridir. Axı Allah, Məkkədə ikən müsəlmanlara vuruşmağı, cihad etməyi əmr etmədi, buna icazə vermədi. Yalnız onlar Mədinəyə köçdükdən və güc topladıqdan, dövlət qurduqdan sonra icazə verdi. Odur ki, insan, belə işlərə əl atmazdan əvvəl fikirləşməli, götür-qoy etməlidir. Düşünməlidir ki, nəticə necə olacaq, fayda gətirəcək, yoxsa zərər?” (Bax: “Şərh Büluğul-Məram)