Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

“Müsəlman Qardaşları”- nın lideri həbs edildi

İyun 19
16:35 2015

Misirin hüquq mühafizə orqanları “Müsəlman Qardaşları” təşkilatının idarə heyətinin daha bir üzvünü həbs edib.

“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, təşkilatın idarə heyətinin üzvü Məhəmməd Səd Əleyvə paytaxt Qahirənin Cizə bölgəsində həbs olunub.

Təşkilatın internet səhifəsində verilən açıqlamada Əleyvənin səhhətində problem olduğu və xəstəxanaya gedərkən yolda Qahirə polisi tərəfindən həbs olunduğu bildirilir.

Əleyvənin səhhətindəki problemə görə Misir hökumətini günahlandıran təşkilatın açıqlamasında bu sözlər yer alıb:

“İdarə heyətinin üzvlərindən 5-nin qaçırılması və itməsi təşkilatımızın müqəddəs inqilabı müvəffəqiyyətə doğru aparmasına və ölkəni xilas etməsinə mane olmayacaq”.

“Müsəlman Qardaşları”-nın idarə heyətinin üzvlərindən Dr. Mahmud əl-Cizlən və Dr. Abdurrahman əl-Bər 2013-cü ilin iyunun ikisində, Əli Məhəmməd Taha Vahdan mayın 28-də və Abdulazim əş-Şərqavi də avqustun 26-da həbs olunmuşdu.

Misir ordusunun 3 iyul 2013-cü ildə seçki yoluyla hakimiyyətə gəlmiş ilk prezident Məhəmməd Mursini vəzifədən uzaqlaşdırmasından sonra təhlükəsizlik qüvvələri təşkilatın liderlərini həbs etmişdi.

Sələf Xəbər: XX əsrin görkəmli hədis alimi, məşhur Misir alimi şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) deyirdi: “Bizə dəqiq məlumdur ki, şeyx Həsən Bənnanın hərəkatı və onun “Müsəlman Qardaşları” partiyasına kommunistlər və yəhudilər sponsorluq edir. Bu partiya İslam dəvətini dağıdıcı cinayətkar çağırışa çevirib”. (“Şuun ət-Təlim va əl-Qadaa”, səh. 48)

Digər xəbərlər