“Müsəlman qardaşları”nın liderinə hökm oxundu
Avqust 24
14:39
2015
871 dəfə baxılıb
Onun artıq iki ölüm və iki ömürlük həbs cəzası var.
Misir məhkəməsi “Müsəlman qardaşları” hərəkatının lideri Məhəmməd Badianı və daha 16 nəfəri beş nəfərin qətlində şübhəli bilərək ömürlük həbs cəzasına məhkum edib.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, avqustun 22-də çıxarılan qərar 2013-cü ildə Port-Saiddə polis məntəqəsinə hücumla bağlı olub.
Bununla yanaşı, 76 nəfər də qiyabi olaraq ömürlük həbs cəzasına məhkum olunub.
Qeyd edək ki, Məhəmməd Badianın 2011-ci ildən 2013-cü ilə qədər törətdiyi digər cinayətlərə görə artıq iki ölüm və iki ömürlük həbs cəzası var.
Sələf Xəbər: XX əsrin hədis üzrə məşhur Misir alimi şeyx Əhməd Şakir (Allah ona rəhmət etsin) deyib: “Bizə dəqiq məlumdur ki, şeyx Həsən Bənnanın hərəkatı və onun “Müsəlman qardaşları” partiyasına kommunistlər və yəhudilər sponsorluq edir. Bu partiya İslam dəvətini dağıdıcı cinayətkar çağırışa çevirib”. (“Şuun ət-Təlim va əl-Qadaa”, səh. 48)