Nabil əl-Arabi: “İran ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmalıdır”
Yanvar 07
16:40
2016
951 dəfə baxılıb
Ərəb Dövlətləri Liqası İranı ərəblərin daxili işlərinə müdaxilədən çəkinməyə çağırdı.
“İran ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmalıdır. Bu, beynəlxalq hüquqla ziddiyyət təşkil edir”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Arabi təşkilatın ötən ilin yekunları ilə bağlı toplantısında çıxışı zamanı bildirib. “Beynəlxalq münasibətlərdə başqa dövlətlərin daxili işlərinə müdaxilə etməmək kimi çoxsaylı müqavilələrdə də öz əksini tapmış bir prinsip mövcuddur. İran bu prinsipi açıq şəkildə pozur. Dərhal bu addımları dayandırmalıdır”, – deyə baş katib qeyd edib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanları düz yola yönəltməklə fitnənin şərindən qorumasını diləyirik. Amin!