Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Namazın heyrətamiz fizioloji təsirləri – FOTO

Oktyabr 26
17:09 2015

Namaz Allahın bizlərə əmridir. Namazın insana həm mənəvi, həm də fiziki cəhətdən bir cox müsbət təsirləri var.

Namaz qılarkən edilən kiçik fiziki hərəkətlər insanın ümumi və emosional vəziyyətini yaxşılaşdırmaqla bərabər, orqanizmin müqavimətini də artırır.

Elmi araşdırmalar zamanı məlum olub ki, gündəlik 5 vaxt namazı qılan insanlarda müşahidə olunan fizioloji təsirlər gün ərzində 3 kilometr qacış zamanı görünən nəticələrlə oxşardır. Dəstamaz anından başlayaraq təkbir, qiyam, rüku, səcdə zamanı edilən fiziki hərəkərtlər insan bədəninə müsbət fiziki təsirlər göstərir. Mütəmadi namaz qılan insanlarda bədənin bir çox hissəsində rast gəlinən ağrılar getdikcə azalır. Bundan başqa, gündəlik fərz namazlarından əlavə olaraq nafilə namaz qılan insanlar daha aktiv və fəal olurlar.

Uca Allah buyurur: “Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, …O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.” (Müqəddəs Quran, “Muminun” surəsi, 1-2, 9-cu ayələr).

Məhəmməd Peyğəmbər (ona salavat və salam olsun) deyirdi: “Allah qulları üçün beş vaxt namazı fərz qılmışdır. Hər kim bu namazlara ciddi yanaşar və bilərəkdən tərk etməyib haqqını verərək qılarsa Allah onu cənnətinə qoyacağına əhd etmişdir. Beş vaxt fərz namazını qılmayan üçün belə bir əhd yoxdur. Allah diləsə ona əzab verər, diləsə də (imanından ötrü) cənnətinə daxil edər.” (Bax “Muvatta”)

“Sələf Xəbər” redaksiyası xarici mediaya istinadən namazdakı fiziki hərəkərtlərin təsirini əks etdirən fotoları sizə təqdim edir.

📷

shekil001

shekil02 shekil3 shekil04

Digər xəbərlər