Nardaran ekstremistləri İranda belə yad edilib
Dekabr 05
19:03
2015
819 dəfə baxılıb
Noyabrın 26-da Nardaranda polisə silahlı müqavimət göstərdiyi üçün Azərbaycan Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat qrupu tərəfindən zərərsizləşdirilən iranmeylli ekstremistlər İranda “ehtiramla” anılıb.
İranlı din xadiminin əlini öpməsi ilə “məşhurlaşmış” iranmeylli ekstremist qruplaşmanın lideri Hacı Tale Bağırzadənin polislə toqquşmada öldürülən tərəfdarlarının xatirəsinə İranda xüsusi stend yaradılıb.
“Sələf Xəbər”in Avropa.infoya istinadən məlumatına görə, belə stendlərin biri də Cənubi Azərbaycanın Ərdəbil şəhərində quraşdırılıb. Həmin stenddə Nardaran hadisələri barədə məlumat verilib və Azərbaycan dövlətçiliyinə qarşı çıxan həmin şəxslər “şəhid” adlandırılıb.
Sələf Xəbər: “Bu ümmətin gələcək nəsilləri bu ümmətin birinci nəslinin getdiyi yolu tərk etsə, heç vaxt müvəffəqiyyət qazanmayacaq”. (“əş-Şifə”, 2/676 İmam Malik)