Ölkə başçıları Türkiyədə namaz qılacaq
1. 051 dəfə baxılıb
Türkiyədə Çanaqqala zəfərinin 100-cü ili ilə bağlı keçiriləcək tədbirdə “Cümə protokolu” həyata keçiriləcək.
“Sələf Xəbər” AzVision.az-a istinadən xəbər verir ki, mərasim üçün 2 ayrı proqram hazırlanıb. Belə ki, ölkə başçısı Rəcəb Tayyip Ərdoğan və müsəlman prezidentlər, siyasətçilər “Yəhya Çavuş Şəhidlər Məscidi”də namaz qılacaqlar. Namaza qatılmayan rəsmilər isə “Savarona” gəmisində dəniz səyahətinə çıxacaqlar.
Qeyd edək ki, Çanaqqala zəfərinin 100-cü ili ilə bağlı keçiriləcək tədbirdə 17 ölkə başçısı, 3 prezident köməkçisi, 5 nazir, 1 sabiq prezident, 28 nazir, 6 beynəlxalq təşkilatın baş katibi və 90-a yaxın ölkədən yüksək vəzifəli məmur iştirak edəcək.
Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirə qatılacaq.
Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz başa çatdıqdan sonra yer üzünə dağılıb Allahın lütfünü axtarın və Allahı çox zikr edin ki, bəlkə nicat tapasınız”. (Qurani-Kərim, “Cumuə” surəsi, 9,10-cu ayələr)