On min müsəlmanı kim öldürdü?
798 dəfə baxılıb
Atatürk Universiteti Türk –Erməni Münasibətləri Araşdırma Mərkəzinin müdiri Professor Erol Kürkçüoğlu saxta “erməni soyqırımı” iddialarından danışıb.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, Kürkçüoğlu arxiv sənədlərində, əslində, ermənilərin dinc əhalini qarət etdikləri haqda faktların olduğunu və bu səbəbdən də, Ermənistanın arxiv sənədlərinin açılmasına razı olmadığını bildirib.
“Hər il aprelin 24-də hansı ölkənin qondarma “soyqırımı” qəbul edib-etməyəcəyini düşünürük. Gündəmə Obama “soyqırım” sözünü işlədəcək, yoxsa yox fikir götür-qoyları gəlir. Əslində, 24 aprel ermənilərin uydurduğu və dünyanı aldatdığı bir tarixdir. 24 aprel ermənilərin öz ayıblarını və cinayətlərini örtməyə çalışdıqları tarixdir”.
Tarixi olayların baş verdiyi dövrün Birinci Dünya Müharibəsi dönəminə düşdüyünü xatırladan Kürçüoğlu bunları deyib:
“O dövrdə əli silah tutanlar cəbhədə idi. Birinci Dünya Müharibəsi şəraitində Osmanlı dövləti yeddi cəbhəyə əsgər göndərmək məcburiyyətində qalmışdı. Vanda da durum beləydi. Əli silah tutan Vanlı müharibəyə getmişdi . Arxa cəbhə tamamilə müdafiəsiz qalmışdı. Qəsəbələrimiz, kəndlərimiz, şəhərlərimiz müdafiəsiz qalmışdı . Aprelin 1-i ilə aprelin 15- tarixləri arasında Vanda ermənilərin çox böyük üsyanı baş verir . Fotoları arxivdə mövcuddur, Qaya Çələbi məscidinin yerləşdiyi sahədə 10 minə yaxın müsəlman əhali qətlə yetirilir.
Bundan sonra, aprelin 24-də Osmanlı hökuməti bu cinayətlərə qarşı inzibati tədbirlərə başlayır. Daşnak, Hınçak, Ramgavar , Veragöz kimi erməni cəmiyyətləri bağlanaraq rəhbərləri həbs edilir. O vaxt müsəlmanlara qarşı olan qırğınlarla əlaqədar 235 erməni lideri həbs olundu. Olanlar bütünlüklə bundan ibarətdir. Vandakı üsyanlara görə ermənilərin cəmiyyətləri bağlanmış, rəhbərlər həbs olunmuşdu. Ermənilər, hər il 24 apreldə dünyanı, öz eyiblərini, cinayətlərini örtmək üçün aldadır. Qətlə yetirilənlər müsəlman qadınlar, uşaqlar, yaşlı qocalardır.
Lakin bütün bunlar da erməni qırğınlarını dayandırmayınca, aprelin 27-də qarətlər edən üsyançıların Suriyaya köçürülməsi ilə bağlı qərar verilib. Amma bu qərar sırf ermənilərlə bağlı deyildi. Bu üsyanın qarşısını almaq , əli silah tutan kişilərinin müharibədə olduğu Vanı qarətlərdən qurtarmaq məqsədi daşıyırdı”.
Qeyd edək ki, Türkiyə tərəfinin arxiv sənədlərinin açılması təklifinə Ermənistan razılaşmır. Rəsmi İrəvan Türkiyəyə qarşı olan Qərb dairələrinin yardımıyla məsələni siyasiləşdirmək və rəsmi Ankaraya qarşı sanksiyaların tətbiq olunmasına çalışır.
Sələf Xəbər: Ermənilər vəhşiliklərini asanlıqla başqalarının üstünə atmaqdan ötrü hər vasitəyə əl atırlar. Ötən əsrdə onlar tərəfindən 2 milyona yaxın günahsız azərbaycanlı və türk qətlə yetirilib. Ermənilərin törətdikləri Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Və düşmən bu gün də əməllərini ört-basdır etmək üçün öz məkirli niyyətini, hiyləgər siyasətini yeridir.
İnanırıq ki, Allah-Təala onların yalanlarını ifşa etməkdə yardımçımız olacaq.