Pakistan generalı: “İran Səudiyyə Ərəbistanına qarşı səhv buraxarsa, məhv ediləcək”
1. 874 dəfə baxılıb
Pakistan Səudiyyə Ərəbistanının ərazi bütövlüyünə təhlükə yaradacaq istənilən təhdidə qarşı dərhal reaksiya verəcək.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bunu Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Rahil Şərif “Reşet Bet” radiosuna müsahibəsində söyləyib. Onun sözlərinə görə, Pakistan Səudiyyə Ərəbistanının regiondakı terrorizm və ekstremizmlə mübarizəsini dəstəkləyir. General İranın Səudiyyə Ərəbistanına qarşı səhv buraxacağı təqdirdə məhv ediləcəyini bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Pakistanın əsas müttəfiqlərindən biridir. Ər-Riyad Pakistanın nüvə proqramının əsas maliyyəçisidir. Bəzi mənbələr Səudiyyə Ərəbistanının müharibəyə başlayacağı təqdirdə Pakistandan nüvə arsenalı ala biləcəyini bildirirlər.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!