Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

 Son Xəbərlər

Pakistanda helikopter qəzasının səbəbi mühərrikin sıradan çıxmasıdır

May 09
14:15 2015

Pakistanda içərisində diplomatların olduğu helikopterin qəzaya uğramasının səbəbi mühərrikin sıradan çıxması olub.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın Xarici İşlər nazirinin birinci müavini Əhməd Çoudri bildirib.

“Artıq helikopterin “qara qutusu” aşkar edilib, hadisənin baş vermə səbəbləri araşdırılır”, – deyə Pakistan XİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, helikopterdə 19 nəfər olub, 12 xarici diplomat və 7 ekipaj üzvü. Qəza nəticəsində Norveç və Filippinin Pakistandakı səfirləri ölüb.

Bundan əvvəl Pakistanın Müdafiə nazirliyi “Taliban” qruplaşmasının helikopterin qəzaya uğramasına görə məsuliyyəti öz üzərinə götürdüyü barədə məlumatı təkzib etmişdi.

Sələf Xəbər: Uca Allah buyurur: “Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Bunu edənlər ziyana uğrayanlardır. Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır”. (Qurani-Kərim, “Munafiqun” surəsi, 9-11-ci ayələr)

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930