Pakistanda partlayış: 40 ölü, çox sayda yaralı var
Avqust 08
15:17
2016
681 dəfə baxılıb
Selefxeber.az-ın “Alarabiya”ya istinadən məlumatına görə Pakistanın cənub qərbində yerləşən Kvetta şəhərində hospitalda törədilən partlayış zamanı azı 40 nəfər ölüb.
Bu haqda məlumatı Bəluşistan bölgəsinin səhiyyə naziri Saleh Bəlluş söyləmişdir.
Onun sözlərinə görə hələlik ölənlərin 40 nəfər olduğu məlumdur, lakin bu rəqəm arta da bilər.
Bir qrup vəkil və jurnalist Bəluşistan bölgəsinin Vəkillər Assossasiyasının müdiri Bilal Ənvər Qasiyə qarşı edilən sui qəsd hadisəsinə etiraz etmək üçün xəstəxanada etiraz aksiyası keçirərkən partlayış baş vermişdir.
Şahidlərin sözlərinə görə partlayış ölən vəkilin cənazəsini müşayiət edən zaman baş vermişdir.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, və əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, və nümayişlərlə gəlməmişdir, və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeydi-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə, və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”