Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Pakistanda terror – ölənlərin sayı 69 nəfərə çatıb, 300-dən çox yaralı var

Mart 28
18:12 2016

Pakistanın Lahor şəhərində əyləncə parkında terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 300-dən çox insan yaralanıb.

Qanlı hadisə zamanı 23 uşaq ölüb, 56-sı yaralanıb. İlkin araşdırmalara əsasən, partlayıcı maddənin gücü trotil ekvivalentində 8-10 kq olub. Hadisə yerində terror aktını törətməkdə şübhəli bilinən 28 yaşlı yerli sakinin şəxsiyyət vəsiqəsi tapılıb. İnsidentlə əlaqədar 15 nəfər saxlanılıb, onlardan ikisi güman edilən terrorçu-kamikadzenin qardaşlarıdır.

Pəncab əyalətində üçgünlük matəm elan edilib. Pakistanın baş naziri Nəvaz Şərif bu gün Böyük Britaniyaya planlaşdırdığı səfərini təxirə salıb.

Qeyd edək ki, partlayışa görə məsuliyyəti Pakistan taliblərinin hərəkatına daxil olan “Cəmaat ül Əhrar” qruplaşması öz üzərinə götürüb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər