Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI

Pakistanın baş naziri Azərbaycana gəlib

Oktyabr 13
17:40 2016

Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfərə gəlib.
Selefxeber.az-ın məlumatına görə “Report” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər zamanı Nəvaz Şərifi baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi müşayiət edir.
Pakistan baş nazirinin üçgünlük səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi gözlənilir.
Görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət münasibətlərinin və investisiyaların inkişafı, eləcə də regional və beynəlxalq məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.
Səfər çərçivəsində birgə bəyannamənin imzalanacağı gözlənilir.

Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))

Digər xəbərlər

ARXİV

Aprel 2024
M T W T F S S
« Feb    
1234567
891011121314
15161718192021
22232425262728
2930