Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

Peşmərgələr İŞİD-i Kərkükdən qovmağa çalışır

Avqust 27
16:02 2015

Kürd peşmərgələr son dövrdə İŞİD terror xəvaric qruplaşmasına qarşı aparılan mübarizədə əhəmiyyətli bir rola sahibdir.

Kürd peşmərgələrin, İraqın şimalındakı Kərkük vilayətində “İraq Şam İslam Dövləti” – İŞİD güclərinə qarşı yeni bir hücum başlatdığı bildirilib.

“Sələf Xəbər” XəzərXəbər-ə istinadən məlumat verir ki, İŞİD terror xəvaric qruplaşmasının yay aylarında bölgədən çəkilməsini təmin edən peşmərgələr, aldıqları yerləri mühafizə etməyə və İŞİD terror xəvaric qruplaşmasını Kərkükdən tamamilə çıxarmağı çalışırlar. İngiltərənin “Reuters” xəbər agentliyi peşmərgələrin paytaxt Bağdadın 175 kilometr şimalındakı Dakuk qəsəbəsində səhərə qarşı hücuma keçdiyini bildirib.

“Reuters”ə danışan bir peşmərgə, İŞİD terror xəvaric qruplaşması döyüşçülərinin Əlbu Nəcm kəndindən çıxarıldıqlarını, yaxındakı bir digər kənddə isə qarşıdurmaların davam etdiyini söyləyib. İraq Kürdüstan Regional rəhbərliyinə yaxın “Rudaw” xəbər agentliyində isə əməliyyatlarda ən az 18 işidi döyüşçüsünün öldürüldüyü və Dakuk qəsəbəsi yaxınlarında ən az 10 kəndin geri alındığını yazılıb.

“Rudaw”a danışan peşmərgə komandiri Cəfər Mustafa “İŞİD Kərkükdən tamamilə çıxarılana qədər dayanmayacağıq” deyib. Səhərə qarşı başlayan əməliyyatlara ABŞ liderliyindəki İŞİD terror xəvaric qruplaşması əleyhdarı koalisiyanın da havadan sıx dəstək verdiyi ifadə edilib. İŞİD terror xəvaric qruplaşmasının təxminən 120 kilometr geri çəkildiyi bildirilərkən, döyüşçülərin boşaltdıqları əraziyə mina döşədikləri deyilib.

Bölgədəki morg işçisi isə qarşıdurmalar əsnasında yol kənarına yerləşdirilən bir bombanın partlaması nəticəsində bir peşmərgə komandirinin öldüyünü deyib. Kürd peşmərgələr son dövrdə İŞİD terror xəvaric qruplaşmasına qarşı aparılan mübarizədə əhəmiyyətli bir rola sahibdir. Peşmərgələr Şimali İraqda ABŞ liderliyindəki koalisiya qüvvələrinin hava hücumlarının da köməyi ilə İŞİD terror xəvaric qruplaşmasının bəzi bölgələrdən çəkilməsini təmin edib. Ancaq Kərkük vilayətinin əhəmiyyətli bir hissəsi hələ İŞİD terror xəvaric qruplaşmasının idarəsindədir.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında danışmağı onun şərtlərini, qaydalarını bilən alimlər edə bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər