Sələf Xəbər


MÜSƏLMAN DÜNYASI, SON XƏBƏRLƏR

 Son Xəbərlər

PKK Türkiyədə növbəti terror aktları həyata keçirib

Avqust 03
14:01 2015

Nəticədə 3 təhlükəsizlik əməkdaşı şəhid olub, 28-i yaralanıb.

Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, Ağrı vilayətinin Doğubəyazit rayonuna aid Qarabulaq Jandarma binasına 2 ton bomba ilə yüklənmiş traktorla intihar hücumu edilib.

Nəticədə 2 təhlükəsizlik əməkdaşı şəhid olub, 24-ü yaralanıb.

Valiliyin açıqlamasında bildirilir ki, PKK-nın xain hücumu yerli vaxtla saat 3.00-da baş verib.

Yaralılar Doğubəyazit Dövlət Xəstəxanasına yerləşdirilib.

Avqustun 2-nə keçən gecə Mardində isə 1 əsgər şəhid olub, 4-ü yaralanıb.

Bir qrup PKK terrorçusu tərəfindən Gəlinkaya bölgəsindən keçən neft borusuna hücum olub. Əraziyə göndərilən təhlükəsizlik qüvvələrinin hərəkəti zamanı mina partlayışı baş verib. Nəticədə bir əsgər şəhid olub.

Ərazidəki PPK-çıların ələ keçirilməsi üçün keçirilən əməliyyat zamanı isə terrorçularla atışmada 4 əsgər yaralanıb.

Sələf Xəbər:
XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər