Prezident İlham Əliyev (Allah onu qorusun) Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb
1. 183 dəfə baxılıb
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev (Allah onu qorusun) Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.
Selefxeber.az “Report“a istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd edib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırladıb, iki ölkə arasında qardaşlıq münasibətlərinin olduğunu deyib.
Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edilib.
Sələf Xəbər: Müsəlmanların bütün xeyirli işlərdində Allahdan müvəffəqiyyət diləyirik.